Almaniya Bundestaqının yüksək səviyyəli nümayəndə heyəti Şuşa və Xankəndidə olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev özünün "X" hesabında yazıb.
"Almaniya Bundestaqının yüksək səviyyəli, partiyalararası nümayəndə heyəti - Bundestaqın Almaniya-Cənubi Qafqaz Parlament Qrupunun liderləri bu gün Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə əlamətdar səfər ediblər", - səfir bildirib.