Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-yə rəsmi səfərləri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp və birinci xanım Melaniya Trampla görüşüblər.
“İki sahil” xəbər verir ki, tərəflər Ağ Evə daxil olmamışdan əvvəl media nümayəndələri qarşısında birgə görüntü veriblər. Kral III Çarlz və Donald Trampın səmimi söhbət apardıqları müşahidə olunub. Məlumata görə, ABŞ Prezidenti və birinci xanım qonaqların şərəfinə əvvəlcə qapalı çay süfrəsi təşkil edəcək, daha sonra isə açıq havada ziyafət keçiriləcək.
Qeyd edək ki, kral ailəsinin ABŞ-yə rəsmi səfərinin ümumilikdə dörd gün davam edəcəyi bildirilir.