İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Mançester Yunayted” öz meydanında “Brentford”u qəbul edib. Görüş “qırmızı şeytanlar”ın qələbəsi ilə yekunlaşıb.
“Mançester Yunayted” - “Brentford” - 2:1
Qollar: Kazemiro, 11 (1:0), Sesko, 42 (2:0), Yensen, 87 (2:1)
Bu qələbə sayəsində xallarının sayını 61-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Brenford” isə 48 xalla doqquzuncu yerdə qərarlaşıb.