RU

Polisə qeyri-adi “CƏZA”: Nasist düşərgəsini ziyarət etməyə MƏCBUR ETDİLƏR

Almaniyada nasist şüarı istifadə edən polis əməkdaşını “Auşvitz”i ziyarət etməyə məcbur ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Almaniyanın Saksoniya əyalətinin Vaysvasser şəhərinin məhkəməsi nasist şüarı işlədən polis əməkdaşını qeyri-adi bir cəza ilə üz-üzə qoyub.

Polis əməkdaşı “WhatsApp” statusunda və “Instagram”dakı şərhlərində “Alles für Deutschland” (“Hər şey Almaniya üçün”) nasist şüarını dərc etdiyi üçün “Auşvitz-Birkenau” memorial kompleksini ziyarət etməyə məhkum edilib.

Məhkəmə polisi xəbərdar edib ki, əgər o, bir il ərzində kompleksdə ekskursiyada iştirak etməsə, 4 200 avro (təxminən 7 770 manat) məbləğində cərimə ödəməli olacaq.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs özünü sağçı ekstremist hesab etmədiyini və ifadənin cəzalandırılmalı olduğunu şübhə altına aldığını bildirib.

Prokurorluq isə vurğulayıb ki, bir polis əməkdaşından “aşkar şəkildə qadağan olunmuş simvolika”ya qarşı belə yanaşma gözlənilməzdir.

Hakim hesab edib ki, “Auşvitz”ə ediləcək ziyarət təqsirləndirilən şəxsə adi cərimədən daha çox təsir göstərə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
5
17
interpress.az

10Источники