RU

İranda yenidən kütləvi etirazlar başlaya bilər

Rəsmi Tehran ölkədə yenidən kütləvi etirazların başlana biləcəyindən qorxuya düşüb. Vətəninfo.az xəbər verir ki,  buna görə İranın Ali Milli Təhlükəsizlik Şurası iclas keçirib.

Məhəmmədbaqer Zulqədrin başçılığı ilə keçirilən iclasda ölkədə yeni kütləvi etirazların başlanması ehtimalı müzakirə edilib.

Hesabatlarda iqtisadi böhran, kütləvi işsizlik, internetin kəsilməsi, neft və polad sənayesinin dayanması kimi amillərin narazılığı artırdığı və etirazların qaçılmaz olduğu qeyd edilir.

Hakimiyyət xüsusilə əmək günü ərəfəsindəki çağırışlardan və mövcud vəziyyətin rejim üçün ciddi təhlükə yaratmasından narahatdır.

Məlumatlı mənbələrə görə, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri bu narahatlıqları nəzərə alaraq hesab edirlər ki, 🇺🇸 ABŞ ilə danışıqlar zamanı və ya atəşkəs rejiminin uzadılmasından sonra etirazlar İslam Respublikasının süqutu üçün real risk yarada bilər.

Избранный
2
50
veteninfo.az

10Источники