RU

Hindistanda ad günü keçirilən şəxs mərasimdə üç qonağı güllələyərək öldürüb

Hindistanda ad gününü qeyd edən kişi şənlik zamanı üç nəfəri güllələyərək öldürüb.

"Report" xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Məlumata görə, mübahisə tanışların tortu ad günü keçirilən oğlanın üzünə sürtməyə cəhd etmələrindən və onu qəzəbləndirmələrindən sonra yaranıb. Mübahisə qısa zamanda atışmaya çevrilib, ilk atəşi kimin açdığı məlum deyil.

Yaralanan üç kişi xəstəxanaya aparılıb, lakin aldıqları xəsarətlərdən orada ölüblər.

Əsas şübhəli - ad günü keçirilən Citu Saini qaçıb, hazırda polis onu axtarır.

Избранный
129
far.az

1Источники