RU

UEFA hakimi azyaşlıya qarşı əxlaqsız hərəkətlərdə şübhəli bilinir

BAKI, 28 aprel. TELEQRAF

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi azyaşlıya qarşı əxlaqsız hərəkətlərdə şübhəli bilinir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan hakim oyunu idarə etmək üçün Böyük Britaniyaya səfər edib. O, qaldığı hoteldə azyaşlı oğlana qarşı qeyri-etik davranışlar sərgiləyib, ona toxunub və otağına aparmağa cəhd edib.

Bildirilir ki, polis hakimi saxladıqdan sonra girov qarşılığında sərbəst buraxıb. Əgər ona rəsmi ittiham irəli sürülərsə, onun Böyük Britaniyaya ekstradisiyası mümkün ola bilər.

UEFA-dan açıqlamada qeyd olunub ki, qurum məsələni diqqətdə saxlayır və adı hallanan hakim araşdırma başa çatanadək təşkilatın oyunlarına təyin olunmayacaq.

Həmçinin Beynəlxalq Futbol Federasiyası da araşdırma müddətində həmin hakimi turnirlərdə təyinatlara cəlb etməyəcəyi bildirilib.

Избранный
8
35
teleqraf.com

10Источники