RU

Əli Əsədovun qərarı benzinin qiymətinə necə təsir edəcək AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş nazirin qərarı ilə SOCAR tərəfindən ölkəyə gətirilən Aİ-92 markalı benzin və dizel yanacağı üçün aksiz dərəcələri kəskin şəkildə endirilib. 2026-cı il mayın 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, hər ton üçün tətbiq edilən 200 manatlıq vergi simvolik olaraq 1 manata düşürülüb. Bu güzəştli rejim 2027-ci ilin mart ayına qədər qüvvədə qalacaq.Bəs bu qərar benzinin qiymətinə necə təsir edəcək?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, qəbul edilən qərar ölkə daxilində benzinin pərakəndə satış qiymətlərinin sabit saxlanılmasına yönəlib."Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunan bəzi rüsumların səviyyəsi müvəqqəti olaraq aşağı müəyyən edilir ki, bu da bazarda qiymət artımının qarşısını almağa xidmət edir. Hazırda dünya bazarlarında baş verən gərginliklər, xüsusilə enerji təminatı və benzinin bahalaşması fonunda müəyyən narahatlıqlar müşahidə olunur. Azərbaycan da idxal etdiyi Aİ-92 və Aİ-95 markalı benzin üzrə maya dəyərinin artmasını nəzərə alaraq qabaqlayıcı addımlar atır. Bu proses fonunda bir sıra idxalçı ölkələrin daxili bazarlarında qiymət artımının baş verməsi gözlənilir".Ekspert bildirib ki, eyni zamanda Azərbaycanda da premium, Aİ-95 markalı benzinin qiymətində artım ehtimalları mövcuddur. "Bunun əsas səbəbi həmin məhsulun idxal olunması və beynəlxalq bazarlardakı qiymət dəyişikliklərindən asılı olmasıdır. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik, eləcə də neft və neft məhsullarının daşınmasında yaranan logistik problemlər bir çox ölkədə daxili qiymətlərin yüksəlməsinə səbəb olub. Bu təsirlər Azərbaycanın yanacaq bazarında da müəyyən risklər yaradır. Bu səbəbdən Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər görür və xüsusilə idxal olunan Aİ-92 benzinin hər tonuna görə minimum gömrük rüsumu müəyyən edib. Bu addım daxili bazarda qiymət sabitliyini qorumağa yönəlib".Onun sözlərinə görə, bununla belə, premium Aİ-95 markalı benzinin qiymətində artım ehtimalı qalır. "Bu, əsasən qlobal bazarlarda baş verən proseslərlə bağlıdır. Mövcud fyuçers müqavilələrinin icrası davam etdiyindən yaxın iki ayda ciddi dəyişiklik gözlənilmir. Lakin iyun–iyul aylarına qədər Hörmüz boğazı ətrafında gərginlik davam edərsə və mövcud ehtiyatlar tükənərsə, yeni fyuçers müqavilələrinə uyğun olaraq idxal edilən Aİ-95 benzinin qiymətində artım baş verə bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
45
demokrat.az

10Источники