RU

İran hakimiyyəti o tarixdə kütləvi etirazların başlanmasından narahatdır... - TƏCİLİ İCLAS

İran Milli Təhlükəsizlik Şurasının Məhəmmədbaqer Zülqədrinin sədrliyi ilə keçirilən iclasında ölkədə yeni kütləvi etirazların başlama ehtimalı müzakirə olunub.
 
Moderator.az xəbər verir ki, bu haqda yerli telegram-kanalları məlumat yayıb.
 
Hesabatda iqtisadi böhran, kütləvi işsizlik, internet kəsintiləri, neft və polad sənayesinin dayanması narazılığı artıran və etirazları qaçılmaz edən amillərdən bəziləri kimi qeyd olunur.
 
Hökumət xüsusilə Əmək Günü(1 May-S.L.) ilə bağlı çağırışlardan və rejim üçün ciddi təhlükə yaradan mövcud vəziyyətdən narahatdır.
 
Məlumatlı mənbələrə görə, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri bu narahatlıqları nəzərə alır və hesab edirlər ki, ABŞ ilə danışıqlar zamanı və atəşkəs rejiminin uzadılmasından sonra etirazlar İslam Respublikasının süqutu üçün real risk yarada bilər. 
 
S. Laçın
Избранный
24
50
moderator.az

10Источники