RU

İndoneziyada dəhşətli qatar qəzası: 14 ölü, onlarla yaralı

İndoneziyada iki qatarın toqquşması faciə ilə nəticələnib.

Bakıvaxtı.az ”Le Monde.fr”ə istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta yaxınlığında iki qatarın toqquşması nəticəsində azı 14 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Məlumata əsasən, qəza şəhərətrafı dəmir yolu xəttində baş verib. Uzun məsafəli qatar eyni relsdə dayanan sərnişin qatarına arxadan çırpılıb. Toqquşma nəticəsində vaqonlar ciddi zədələnib, bəzi hissələr tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal xilasedici qüvvələr, yanğınsöndürən briqadalar və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qəza zamanı vaqonlarda sıxılmış vəziyyətdə qalan sərnişinlərin xilas edilməsi üçün xüsusi avadanlıqlardan istifadə edilir.

Rəsmilərin bildirdiyinə görə, yaralıların bir qisminin vəziyyəti ağırdır və ölənlərin sayının artacağı ehtimal olunur. Zərərçəkənlər ətrafdakı tibb müəssisələrinə çatdırılıb.Hadisənin başvermə səbəbləri hələlik dəqiq açıqlanmayıb. İlkin ehtimallara görə, qəza texniki nasazlıq və ya maşinist səhvi ilə bağlı ola bilər. Faktla bağlı araşdırma aparılır.

Aydın Baxış

Избранный
36
12
bakivaxti.az

10Источники