RU

Tramp Britaniya kralının çiyninə vuraraq yazılmamış protokolu pozdu Daily Mail

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Britaniya kralı III Karlın çiyninə yüngülcə vurmaqla protokol qaydalarını pozub.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti monarx və onun həyat yoldaşı kraliça Kamillanın ABŞ lideri və birinci xanım Melaniya ilə görüşünü təsvir edərkən yazıb.

Qeyd olunur ki, kral ailəsinin üzvləri ilə ilk fiziki təması qarşı tərəfin etməməsi barədə yazılmamış qaydadan kənara çıxma hadisəsi dövlət səfərinin ilk günü monarx cütlüyünün Ağ Evə gəlişi zamanı baş verib.

Videogörüntülərdə görünür ki, əl sıxma və rəsmi foto çəkilişindən sonra hər iki cütlük ABŞ prezidentinin rəsmi iqamətgahına doğru hərəkət edərkən Tramp nəzakətli şəkildə, lakin yenə də kralın çiyninə vurub.

Nəşr bədən dili üzrə ekspert Cudi Ceymsin fikrini də təqdim edir. O bildirib ki, bu hərəkət formal olaraq protokol pozuntusu sayıla bilsə də, kralın buna etiraz etmədiyi görünür. “Karl bu kimi məsələlərə anası kraliça II Yelizaveta ilə müqayisədə həmişə daha rahat yanaşıb,” – deyə Ceyms qeyd edib. Ekspert bunu daha çox ABŞ liderinin rəğbətini göstərən “siyasi jest” kimi qiymətləndirib.

Britaniya monarxının 2007-ci ildən bəri ilk dövlət səfəri aprelin 30-dək davam edəcək.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
24
icma.az

10Источники