RU

Yaxın Şərq böhranı Yaponiyanın neft tədarükünə təsir etməyib

Yaxın Şərq böhranı Yaponiyanın neft tədarükünə təsir etməyib

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bəyan edib ki, ölkəsi yaxın gələcəkdə neft tədarükündə ciddi problem gözləmir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verərkən danışıb. Baş katib qeyd edib ki, satınalmaların digər bazarlara yönəldilməsi və strateji ehtiyatların dövriyyəyə buraxılması sayəsində ölkənin enerji ehtiyacları tam təmin olunub.

"Strateji ehtiyatlar hesabına Yaponiya ən azı ilin sonunadək və ya daha uzun müddətə resurslarla təmin edilib", — deyə Minoru Kihara bildirib.

Qeyd edək ki, qlobal bazarlarda yaşanan gərginliklər fonunda bir çox ölkələr enerji defisiti ilə üzləşsə də, Tokio rəsmi olaraq alternativ tədarük zəncirlərini və daxili rezervləri işə salmaqla riskləri sığortaladığını vurğulayır.

Избранный
29
12
afn.az

9Источники