RU

Fon der Lyayen alman mühafizəkarlarının ultimatumuna cavab verdi

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Almaniyanın kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarından (CDU/CSU) ibarət mühafizəkar blokun ultimatumundan sonra dəyişikliklərə hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri sənədə istinadən yazıb.

Məlumata görə, aprelin 27-də fon der Lyayen Berlində Almaniyanın mühafizəkar blokundan olan parlamentarilərlə görüşərək, ölkədə biznesə təsir etdiyi iddia olunan Aİ qanunvericiliyini müzakirə edib. Görüş ərəfəsində alman siyasətçilər təzyiqi artıraraq, Aİ qaydalarının sadələşdirilməsi və azaldılması ilə bağlı 27 tələb irəli sürüblər. Onların fikrincə, bu qaydalar ölkədə biznes mühitinə mənfi təsir göstərir.

Fon der Lyayen cavabında: “Biz Avropada və üzv dövlətlərdə şirkətlərin böyüməsi və onlara lazım olan qlobal rəqabət qabiliyyətini inkişaf etdirməsi üçün daha sürətli və daha effektiv mühit yaratmaq məqsədilə dəyişikliklərə nail olmaqda qətiyyətliyik”, - deyə bildirib.

Nəşrin qiymətləndirməsinə görə, görüş zamanı fon der Lyayen deregulyasiya istiqamətində məqsədlərin üst-üstə düşdüyünü nümayiş etdirməyə çalışıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
2
bizimyol.info

10Источники