RU

III Çarlz Konqresdə Britaniya və ABŞ-ın sülhə verdiyi töhfələrdən danışacaq

III Çarlz Konqresdə Britaniya və ABŞ-ın sülhə verdiyi töhfələrdən danışacaq

Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresindəki çıxışı zamanı iki ölkə arasındakı tarixi əməkdaşlığa və bu ittifaqın dünya sülhünə xidmət etdiyinə diqqət çəkəcək.

"Sky News" telekanalının Bukingem sarayındakı mənbələrə istinadən yaydığı məlumata görə, Kralın 20 dəqiqəlik çıxışında müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsindəki əlaqələrin "illərlə deyil, onilliklərlə" ölçüldüyü vurğulanacaq.

Kral həmçinin ABŞ-ın müstəqilliyinin 250-ci ildönümünə toxunaraq, bu hadisənin iki ölkə arasında "barışıq və yenilənməyə" yol açdığını, bəşər tarixinin ən böyük alyanslarından birinin təməlini qoyduğunu qeyd edəcək.

Избранный
10
48
afn.az

10Источники