RU

Xamenei güzəştdən imtina etdi, ABŞ yeni müharibə mesajı verdi

BAKI, 28 aprel. TELEQRAF

İranın Ali rəhbəri Müctəba Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nüvə məsələsində ABŞ-yə güzəştə getməkdə maraqlı deyil.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Amerika rəsmiləri İran rəhbərliyinin bu mövqeyinin müharibəyə səbəb ola biləcəyini bildiriblər.

“ABŞ administrasiyasında hesab edirlər ki, İranın danışıqlar üzrə nümayəndə heyətinə Ali rəhbər Müctəba Xamenei və SEPAH tərəfindən nüvə məsələsində hansısa güzəştə razılaşmaq üçün səlahiyyət verilməyib. Rəsmilərin fikrincə, buna görə də, hərbi əməliyyatlar bərpa edilmədən İranın mövqeyində dəyişiklik gözləmək üçün əsas yoxdur”, - nəşr yazıb.

Избранный
34
50
teleqraf.com

10Источники