RU

Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin hüquqları müəyyənləşib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət GömrükKomitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsihaqqında Əsasnamə təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalarüzrə Gömrük İdarəsinin hüquqları da öz təsdiqini tapıb.

Belə ki, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsiöz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikolacaq:

  • gömrük qanunvericiliyinə riayət olunmasının təmin edilməsiməqsədilə səlahiyyətləri daxilində müvafiq təşkilati, inzibati vənəzarət tədbirləri həyata keçirmək;
  • gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılmasıməqsədilə şəxslərə yazılı xəbərdarlıqlar göndərmək, qanunitələblərin icrasına nəzarət etmək;
  • müstəqil surətdə və ya digər hüquq-mühafizə orqanları ilə birgəİdarənin gömrük nəzarəti zonasında müəyyən edilmiş rejimqaydalarına riayət olunmasına nəzarət etmək, İdarənin infrastrukturobyektlərinin mühafizəsini təşkil etmək və bu məqsədləqanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri həyatakeçirmək;
  • Gömrük Məcəlləsinə və gömrük işi üzrə digər normativ hüquqiaktlara uyğun olaraq gömrük orqanlarına təqdim edilməsi nəzərdətutulan sənədləri və məlumatları hüquqi və fiziki şəxslərdən tələbetmək;
  • İdarəyə təqdim edilən sənədlərin, məlumatların və gömrükbəyannamələrinin düzgünlüyünü araşdırmaq;
  • sənaye və texnologiyalar parklarına, sənaye məhəllələrinəgətirilən və aparılan mallarla bağlı zəruri məlumatlar və sənədlərbarədə Komitə Aparatına, Komitənin strukturuna daxil olan gömrükorqanlarına və tabeliyində olan digər qurumlara sorğular göndərməkvə onlardan belə məlumatları (sənədləri) almaq;
  • cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması,habelə həmin cinayətləri hazırlayan, törədən və ya törətmişşəxslərin müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyənedilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyatakeçirmək;
  • Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyiilə müəyyən edilmiş hallarda və qaydada təhqiqat aparmaq və müvafiqprosessual hərəkətləri həyata keçirmək;
  • İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətalarhaqqında işlər üzrə icraatı həyata keçirmək, bu işlərə baxmaq vəinzibati xətalar törətmiş şəxsləri qanunvericiliklə nəzərdətutulmuş qaydada məsuliyyətə cəlb etmək;
  • gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, beləcinayətləri törətmiş və ya törətməkdə şübhəli bilinən şəxslərinsaxlanılması və ya təqib edilməsi məqsədilə, son zərurətvəziyyətində, idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərindiplomatik, konsulluq və digər nümayəndəliklərinə, habeləbeynəlxalq təşkilatlara məxsus xüsusi təyinatlı nəqliyyat və rabitəvasitələri istisna edilməklə) məxsus rabitə və nəqliyyatvasitələrindən istifadə etmək;
  • Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada fizikiqüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) vəodlu silahdan istifadə etmək;
  • gömrük nəzarəti zamanı istifadə olunan texniki nəzarətvasitələrini qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiqetmək;
  • azad və xüsusi iqtisadi zonalara gətirilən və bu zonalardanaparılan malların və nəqliyyat vasitələrinin, habelə gömrüknəzarəti altında olan malların daşınması, saxlanılması və onlarüzərində aparılan yük əməliyyatları ilə bağlı fakt və hadisələrisənədləşdirmək, audioyazı, foto və videoçəkilişlər aparmaq;
  • gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin müasir metodvə vasitələrinin tətbiqi məsələləri üzrə səlahiyyətləri daxilindəxarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək, onlarla rəsmimünasibətlər qurmaq və məsləhətləşmələr aparmaq;
  • qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyatakeçirmək.
Избранный
12
6
az.trend.az

10Источники