RU

Dövlət məktəblərində xarici dildə oxumaq istəyən şagirdlər müsahibədən keçəcəklər

Bakı. Trend:

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsilstandartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsilalmaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydasıtəsdiq edilib.

Trend-in əldəetdiyi məlumata görə, müsahibələr müvafiq olaraq Naxçıvan MuxtarRespublikasının Təhsil Nazirliyi və ya Azərbaycan RespublikasınınElm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrəDövlət Agentliyinin yerli bölmələri tərəfindən həyatakeçiriləcək.

Müsahibələrin keçirilməsi məqsədilə müvafiq olaraq nazirlikvə ya yerli bölmələr tərəfindən hər il aşağıdakı tərkibdə müsahibəkomissiyaları yaradılacaq:

  • ibtidai təhsil səviyyəsində – tədris dili üzrə 3 nəfər ibtidaisinif müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraqnazirlik və ya yerli bölmənin əməkdaşı və psixoloq cəlbolunmaqla);
  • ümumi orta və tam orta təhsil səviyyələrində – tədris dili üzrə2 nəfər müəllim və həmin dil üzrə 1 nəfər riyaziyyat müəllimindənibarət (müşahidəçi qismində müvafiq olaraq nazirlik və ya yerlibölmənin əməkdaşı cəlb olunmaqla).

Uşağın (şagirdin) valideyni və ya digər qanuni nümayəndəsi onunmüsahibədə iştirakı məqsədilə Elektron Hökumət İnformasiyaSistemində (EHİS) qeydiyyatdan keçəcək və ona EHİS-də elektronkabinet açılacaq. Ərizəçi elektron kabinetə daxil olaraq elektronərizəni dolduracaq və onu təsdiq edəcək.

Избранный
8
5
az.trend.az

10Источники