RU

İndoneziyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Cakarta yaxınlığında baş verən qəza zamanı 84 nəfər yaralanıb, vaqonlarda qalanların xilas edilməsi davam edir...

İndoneziyada şəhərlərarası qatarla şəhərətrafı elektrik qatarının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi dövlət dəmir yolu şirkəti PT Kereta Api Indonesia-nın (KAI) rəhbəri Bobbi Raşidiyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, qəza nəticəsində daha 84 nəfər xəsarət alıb.

Məlumata görə, dəmir yolu xətlərində xilasetmə əməliyyatı davam edir. Mütəxəssislər vaqonlarda hələ də sıxılmış vəziyyətdə qalan insanlara çatmaq üçün metal konstruksiyaları xüsusi avadanlıqlarla kəsirlər.

Qəza aprelin 27-də axşam saatlarında Cakarta yaxınlığındakı Bekasi şəhərində baş verib. İlkin məlumata görə, şəhərətrafı qatar əvvəlcə relslərə çıxan taksi ilə toqquşub, daha sonra ona şəhərlərarası qatar çırpılıb.

Ən ciddi zərərin qadınlar üçün nəzərdə tutulmuş vaqona dəydiyi bildirilir.

İndoneziya Prezidenti Prabovo Subianto ölkənin dəmir yolu şəbəkəsinin böyük hissəsinin pis vəziyyətdə olduğunu etiraf edib. O, nəqliyyat sıxlığını azaltmaq üçün dəmir yolu üzərində estakadanın tikintisini razılaşdırdığını bildirib və qəzanın səbəblərinin araşdırılacağını vəd edib.

Poliqon.info

Избранный
13
12
poliqon.info

10Источники