RU

Səhər bu iki vərdiş beyninizi daha yaxşı işlədə bilər

Neyrobioloq Ramzes Alkayd müasir həyat ritminə uyğunlaşmaq üçün beynə dəstək verməyin vacib olduğunu bildirib.

Azreform.info xəbər verir ki, o, "Men’s Journal" nəşrinə müsahibəsində səhərlər beyin fəaliyyətini yaxşılaşdırmağın sadə üsulunu açıqlayıb.

Alimin sözlərinə görə, internetdə daim qısa xəbərlər, yazılar və videolar izləmək beyni tez bir zamanda dopamin qəbul etməyə və diqqətin tez-tez dəyişməsinə hazırlayır. Bu isə zamanla diqqəti cəmləməyi xeyli çətinləşdirir.

Bu problemi aradan qaldırmaq üçün Alkayd bir neçə həftəlik eksperiment təklif edir: günə idmanla - güc məşqləri və ya sürətli gəzinti ilə başlamaq, ardından isə sağlam səhər yeməyi etmək.

Neyrobioloq vurğulayıb ki, zülalla zəngin səhər yeməyi fiziki məşqlərlə birlikdə beynin diqqət və mürəkkəb qərarverməyə cavabdeh olan prefrontal korteksinə oksigen axınını artırır. Bundan əlavə, bu rejim kişilərdə testosteron hormonunun sağlam şəkildə ifrazına da dəstək verir.

“Beyin səhər saatlarından bioloji ritmlər düzgün qurulanda maksimum potensialla işləyir. Beyin, hormonlar və bədən ideal sinxronlaşdıqda, diqqətdə xaotik dalğalanmalar əvəzinə daha sabit fokus əldə etmək mümkündür”, - deyə Alkayd bildirib.

Həmidə İbrahimova

Избранный
17
34
azreform.info

10Источники