RU

Qəfil maşınların qarşısına çıxan piyadalar saxlanıldı - VİDEO

Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

DİN mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, yol polisinin paytaxt ərazisində keçirdiyi profilaktik tədbir zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb:

"Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur".

Избранный
6
45
musavat.com

7Источники