RU

Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası keçirilib

BAKI, 28 aprel. TELEQRAF

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası keçirilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri, turizm sahəsi üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.

İclas zamanı sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Gündəlik çərçivəsində İƏT Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq prosesi, əvvəlki – 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də 2030-cu il üzrə İƏT turizm paytaxtının müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan “Şuşa Bəyannaməsi”nin layihəsi ətrafında müzakirələr aparılıb, sənədin məzmunu ilə bağlı iştirakçılar tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında əldə olunan nəticələrin aprelin 29-da keçiriləcək İƏT Turizm Nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacağı bildirilib.

Qeyd edək ki, 2023-cü ildə keçirilən İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İƏT-in turizm paytaxtı” elan olunub. Hazırda bu status çərçivəsində keçirilən tədbirlər Nazirlər Kabinetinin təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq davam etdirilir.

Избранный
22
13
teleqraf.com

10Источники