RU

Azərbaycanın işıqlı siması



Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 103 ili tamam olur.
Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.

Ötən əsrin 50-ci illərində respublikamızda geniş yayılmış traxoma xəstəliyinin epidemioloji xüsusiyyətlərinin araşdırılması və xəstəliyin yayılmasının qarşısının alınması məhz Zərifə xanımın düzgün tibbi müalicəsi sayəsində mümkün oldu.

Zərifə Əliyeva 1979-cu ildə respublikanın ən iri sənaye müəssisələrindən birində - Bakı məişət kondisionerləri zavodunda görmə orqanlarının peşəkar patalogiyasını öyrənən göz laboratoriyasının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və rəhbəri olmuşdur. Onun yaratdığı laboratoriyanın xidmətindən yalnız zavodun deyil, respublikamızın bütün rayonlarındakı sənaye müəssisələrinin işçiləri, eləcə də Moskva, Kiyev, Minsk və digər iri şəhərlərin elmi-tədqiqat institutlarının laboratoriyaları faydalanmışdır.

1981-ci ildə keçmiş ittifaq respublikalarının elmi həyatında, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisənin - Zərifə Əliyevanın SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülməsi böyük hadisə kimi qarşılandı. Zərifə xanımın bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazıldı.

Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva oftalmologiyada o, bir nömrəli idi.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. M.İ.Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

Milli Məclisin deputatı kimi Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri olarkən Zərifə xanımın Ukraynadada böyük ehtiramla yad olunduğunun şahidiyəm. Ukraynanın İrpen şəhərində Zərifə xanımın adına istirahət parkın və ucaldılmış büstün acllışında ukraynalıların Onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqlarının şahidi olmuşam.

Zərifə xanımı Ulu öndər Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Onun ən böyük mükafatı Azərbaycan xalqına Prezident İlham Əliyev kimi müdrik lider bəxş etməsidir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Избранный
34
11
newscenter.az

10Источники