RU

Merts: Ukraynanın Aİ yə üzvlüyü 2028 ci ildə də real deyil

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukraynanın Aİ-yə qəbulla bağlı təklif etdiyi müddət qeyri-realdır: “Zelenskidə 1 yanvar 2027-ci ildə Aİ-yə qoşulmaq ideyası yaranıb. Bu, baş verməyəcək. Hətta 1 yanvar 2028-ci ildə də bu, real deyil”.

Məlumatı “Euronews” verib. 

Almaniya kansleri Ukraynanın Avropa İttifaqına üzvlük yolunda ərazi güzəştlərinə gedə və hər iki məsələnin sonda referendumlarda paralel həll edilə biləcəyi fikrini irəli sürüb.

Hazırda Ukrayna ərazisinin təxminən 20 faizi Rusiyanın işğalı altındadır.

“Ukrayna nə vaxtsa atəşkəs müqaviləsi imzalayacaq. Ümid edirəm ki, nə vaxtsa Rusiya ilə sülh müqaviləsi imzalanacaq. O zaman Ukrayna ərazisinin bir hissəsinin əldən çıxması baş verə bilər”, - deyə Merts Şimali Reyn-Vestfaliyada tələbələrlə görüşdə bildirib.

O əlavə edib ki, əgər Ukrayna prezidenti Volodimir Zelenski belə bir razılaşma üçün ictimai dəstək qazanmaq istəyirsə, referendum keçirməli ola bilər: “Sonra o, xalqa deməlidir: “Mən sizin üçün Avropaya yol açmışam”.

P.ƏMİRCANOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
4
xalqqazeti.az

10Источники