
Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda 67 kiloqram 160 qram narkotik maddə müsadirə edilib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Polis Departamentinin Narkotik Cinayətləri üzrə Mübarizə İdarəsi bu barədə məlumat yayıb.
Bu araşdırmanın bir hissəsi olaraq, texniki və fiziki müşahidə aparan qruplar Beylikdüzüdə narkotik maddələrin istehsalı və satışı ilə məşğul olunduğunu müəyyən ediblər.
Müəyyən etdikləri ünvanda aparılan əməliyyat zamanı qruplar bir şübhəlini saxlayıb. Axtarışlar zamanı 67 kiloqram 160 qram narkotik, 73 kiloqram 800 qram narkotik istehsalında istifadə edilən kimyəvi maddələr, həssas tərəzi, 1790 türk lirəsi və 400 ABŞ dolları müsadirə edilib.
Şübhəli dindirilmək üçün polis bölməsinə aparılıb.
İlahə Qənbərli
Missiya.Az