RU

Yelo Bank-dan 1 milyon ağac hədəfinə parlaq dəstək!

Yelo Bank komandası ölkəmizin ekoloji mühitini qorumaq və yaşıllıq sahələrini genişləndirmək məqsədilə növbəti ağacəkmə aksiyasında iştirak edib. Sözügedən ekoloji layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı, həmçinin imzalanmış 10 illik strateji memorandum çərçivəsində reallaşdırılır. Böyük maraqla qarşılanan bu təşəbbüsün əsas hədəfi ölkə üzrə 1 000 000 ağac əkməklə ekoloji tarazlığın bərpasına nail olmaqdır. Aksiya zamanı Yelo Bank əməkdaşları Eldar şamı və zeytun ağacları əkərək prosesdə birbaşa və həvəslə iştirak ediblər. Yelo Bank özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasına sadiq qalaraq, ekoloji davamlılığı və ətraf mühitə qayğını hər zaman diqqət mərkəzində saxlayır. Bank təbiəti qorumağa yönəlmiş bu cür layihələrdə iştirakını gələcəkdə də davam etdirməyi hədəfləyir.

Sərfəli şərtlərlə tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Избранный
19
50
banker.az

10Источники