RU

Yerjan Mukaş: Şuşa Bəyannaməsi İƏT regionunda turizm əməkdaşlığı üçün təməl sənəd olacaq

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.​İclasda çıxış edən İƏT Baş katibinin müavini, səfir Yerjan Mukaş regional turizm əməkdaşlığının strateji hədəfləri barədə məlumat verib. Səfir qeyd edib ki, regional turizm əməkdaşlığına dair birgə öhdəlikləri və istəkləri özündə əks etdirən Şuşa Bəyannaməsi sabah keçiriləcək İƏT Turizm Nazirlərinin VII Toplantısı üçün təməl sənəd rolunu oynayacaq.Baş katibin müavini 2035-ci ilə qədər olan iqtisadi əməkdaşlıq vizyonunun ilkin beş illik dövrünü əhatə edəcək "2026–2030-cu illər üçün turizm xidmətlərinin genişləndirilməsi üzrə Yol Xəritəsi" layihəsinin nəzərdən keçirildiyini bildirib.​Yerjan Mukaş regionda ekoturizm sahəsində ən yaxşı təcrübələri birləşdirən sənəd layihəsinin bəyənildiyini qeyd edərək, onun İƏT Katibliyi tərəfindən rəsmən təsdiq edilməsini və dərc olunmasını xahiş edib. Eyni zamanda üzv dövlətlər arasında yeni və innovativ turizm məhsullarının inkişafını dəstəkləmək məqsədilə hazırlanan siyasət sənədlərinin əhəmiyyətini vurğulayıb.​O, 2030-cu il üçün İƏT Turizm Paytaxtı statusuna Qazaxıstanın yeganə namizəd şəhəri olan Aktau ilə bağlı müzakirələrin aparıldığını bildirib və bu namizədliyə uğurlar arzulayıb.​Səfir Yerjan Mukaş, həmçinin Azərbaycan Respublikası Hökumətinə və Dövlət Turizm Agentliyinə yüksək səviyyəli qonaqpərvərliyə və regional turizm əməkdaşlığının inkişafına verdikləri töhfəyə görə minnətdarlığını bildirib.

S.Həsənova

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
26
azvision.az

10Источники