
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazından qlobal iqtisadiyyata təzyiq vasitəsi kimi istifadə etdiyini bildirib.
Missiya.Az xəbər verir ki, o bunu “Fox News” telekanalına müsahibəsində deyib.
Rubio İranın bu strateji keçidi “iqtisadi nüvə silahı”na çevirdiyini deyərək, Tehranın enerji bazarını şantaj alətinə çevirdiyini vurğulayıb.
Onun sözlərinə görə, İran dünya enerjisinin təxminən 20 faizinin bu marşrutdan keçdiyini əsas gətirərək, həmin həcmi girov götürə biləcəyi ilə öyünür.
Daşqın HəsənovMissiya.Az