
ABŞ dövlət katibi Marko Rubio HƏMAS-ın tərksilah ediləcəyinə dair "ümidverici əlamətlər" olduğunu iddia edib.
Missiya.Az xəbər verir ki, Rubio Fox News-a verdiyi müsahibədə ABŞ-nin Qəzza planı barədə danışıb.
"Bu, baş verməlidir. Bütün bu layihə yalnız HƏMAS tərksilah edildikdə işləyəcək. Bu baş verənə qədər hər şey qeyri-müəyyən olaraq qalacaq. Ötən həftə sonu silahsızlanma ilə bağlı razılığa gəlməyə yaxın olduğumuza dair ümidverici əlamətlər var idi ",- o deyib.
İlahə Qənbərli
Missiya.Az