
İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Qızılkənd kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.