RU

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans keçirib.

APA xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən ardıcıl sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb.

O, əmək müqavilələrinin sayında artım dinamikasını, əmək münasibətlərinin rəqəmsallaşdırıldığını qeyd edib.

Nazir müavini “Əmək və Məşğulluq” altsisteminin digər üstünlükləri ilə yanaşı, əmək münasibətlərinə çevik və effektiv nəzarətin təmin edilməsində də xüsusi önəm kəsb etdiyini bildirib. Əməyin mühafizəsi sisteminin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdıran Zaur Əliyev son illərdə bu istiqamətdə profilaktik tədbirlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın inkişaf etdiyini vurğulayıb: "Əmək münasibətlərinin tənzimlənməsi sahəsində BƏT ilə geniş əməkdaşlığa malik olan Azərbaycan ötən dövrdə bu təşkilatın 60 konvensiyasını və bir protokolunu ratifikasiya edib. Bu göstərici ölkəmizi MDB məkanında ən çox BƏT sənədlərini qəbul edən dövlətlərdən birinə çevirib. Bununla da Azərbaycanın BƏT-in 4 əsas və 10 fundamental konvensiyasını qəbul edən ölkə statusu təmin olunub. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə çalışan işçilərin əmək mühafizəsinə və sağlamlığının təmin olunmasına xüsusi diqqət ayrılıb. Tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə 13 min əmək müqaviləsinin bağlanmasına nail olunub".

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev özəl sektorun inkişafı, sahibkar–dövlət və sahibkar–işçi münasibətlərinin tənzimlənməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması istiqamətində görülən işlərdən bəhs edib, iş yerlərində əməyin mühafizəsinin əhəmiyyətini vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, BƏT-in verdiyi statistikaya əsasən, iş yerindəki psixososial risk amilləri hər il dünya üzrə 840 mindən çox ölüm halına səbəb olur.

O bildirib ki, aparılan islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlara ümumilikdə 400-dən çox dəyişiklik edilib: “Respublikamız tərəfindən BƏT-in 155 və 187 nömrəli konvensiyaları ratifikasiya edilib. Hazırda bu konvensiyalara uyğunluğun təmin olunması məqsədilə əməyin mühafizəsi sahəsində bir sıra normativ aktlara dəyişiklik layihələri hazırlanır”.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Katibliyinin başdirektoru Azər Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı çıxışlarında iş yerlərində sağlam və təhlükəsiz mühitin təşviqinin, beynəlxalq təcrübənin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Konfrans çərçivəsində əməyin mühafizəsi sahəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra “DOST Müfəttiş” layihəsində fəal iştirak edən, eləcə də müəssisələrində əməyin mühafizəsi işini nümunəvi şəkildə təşkil edən işəgötürənlər, həmçinin ESG və sosial dayanıqlılıq prinsiplərinin effektiv tətbiqinə töhfə verən iştirakçılar nominasiyaları üzrə təltif olunublar.

Konfrans DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası və “Psixososial risklərin iş mühitinə təsiri” mövzusunda panel müzakirəsi ilə davam edib.

Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya Ümumdünya
Избранный
59
3
apa.az

4Источники