Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Ermənistanın hazırkı iqtisadi vəziyyəti xarici amillərdən, xüsusən də Ukrayna ilə müharibə fonunda Rusiyaya qarşı sanksiyalardan asılıdır.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanda iyunda keçiriləcək seçkilərdə Baş nazir postuna namizədliyini vermis Robert Koçaryan jurnalistlərə deyib.
Özü uzun illər prezidentliyi dövründə Ermənistanı tamamilə Rusiyadan asılı vəziyyətə salan və ölkə əhalisinin yoxsulluğunda xüsusi rolu olan, adı böyük miqyaslı korrupsiya və digər cinayətlərdə keçən Koçaryan erməniləri gələcək iqtisadi problemlərlə qorxudub.
O deyib ki, Ermənistandakı hazırkı iqtisadi inkişafı təmin edən əsas amil Rusiyaya qarşı sanksiyalardır. Belə ki, bu sanksiyalar sayəsində Ermənistan bir çox malların Rusiyaya ötürülməsi hesabına qazanc əldə edir. Onun dediyinə görə, bəzi malların idxalı və sonradan Rusiyaya satılması hesabına əldə edilən gəlirlər ölkənin istehsal gücünü artırmayıb.
"Rusiyanın sanksiyalardan azad olduğu gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək və çökəcək. Buna şübhə yoxdur", - deyə o qeyd edib.
Bundan öncə Koçaryan daha bir müsahibəsində Ermənistanın iqtisadi maraqlarının yeganə təminatçısı rolunda Rusiyanı və Avrasiya İqtisadi Birliyini gördüyünü, Avropaya meyllənməyin isə mənasız, hətta təhlükəli olduğunu demişdi.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.