RU

MSK sədri və üzvləri bu qədər maaş alırmış İllik 2 milyon manat...

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Məzahir Pənahov ötən gün yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib. Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə MSK-nın katibi seçiliblər. Ümumilikdə, MSK-nın 18 nəfərdən ibarət əsas, 3 nəfərdən ibarət isə əvəzedici üzvü təyin edilib.

"Unikal" xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov MSK üzvləri ilə bağlı maraqlı məqama toxunub. Belə ki, Ə.Həsənov MSK üzvlərinin maaşlarını açıqlayıb:

"Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibi işinə başlayıb. 18 nəfərdən ibarətdir. Sədrin maaşı 12 000 manat, müavininin maaşı 11 000 manat, iki katibinin maaşı 10 000 manat, üzvlərinin maaşı isə 9 000 manatdır. Yəni hər ay təkcə bunlara büdcədən 169 000 manat pul ödənilir. İl ərzində isə 2 028 000 manat edir.

Yəqin ki, ezamiyyə xərcləri, mükafatlar filanla bərabər daha çox edir. Bu qədər üzv nəyimizə lazımdır axı? Təklif edirəm ki, tərkibi üç dəfə azaldaq. 6 nəfər olsun və büdcə vəsaitinə də qənaət edək", - deyə hüquqşünas əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
2
unikal.az

4Источники