Bakı, 28 aprel, AZƏRTAC
Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron olaraq veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin22-də keçirilən brifinqdə deyib. O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt elektron qaydada əldə edə biləcəklər: “Bu il ümumilikdə 300 minə yaxın şagird elektron attestat alacaq”.
Müxbir - Aysel Azadqızı
Videooperator Mirrəsul Cəfərov