RU

Cokoviçdən növbəti rekord: 860 həftə ilk “5 lik”də!

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serbiyalı tennisçi Novak Cokoviç ATP reytinqinin ilk “5-liy”ində 860 həftə keçirməklə yeni rekord müəyyənləşdirdi. "Football-plus.az" xəbər verir ki, ona qədər ən yaxşı nəticə isveçrəli Rocer Federerə (859 həftə) məxsus idi. Bu göstəricidə 3-cü yeri ispaniyalı Rafael Nadal (837 həftə) tutur. Cokoviç 428 həftə reytiqin zirvəsində olub, 2-ci yerdə 171, 3-cü yerdə 165, 4-cü yerdə 59, 5-ci yerdə 37 həftə keçirib. Hazırda ATP reytinqinin 4-cü pilləsində qərarlaşan 38 yaşlı Cokoviç “Masters” kateqoriyasından olan son üç turniri buraxıb. Serb ulduz karyerası boyunca ATP səviyyəli 101 titul qazanıb ki, bunlardan 24-ü “Böyük dəbilqə” seriyasından olan turnirlərdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
icma.az

2Источники