RU

Çexiya ilə ticarətimiz faktiki neftə bağlıdır İqtisadçı

ain.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycanla Çexiyanın 2025-ci ildə ticarət əlaqələrinə baxıram. Bizim ixrac faktiki xam neftdən ibarətdir. Bu ilin 2 ayında isə neftimizin Çexiyaya ixracdakı payı 98,7 faiz təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 60,8 faiz azalıb, çünki neftin ixracı aşağı düşüb. Bununla belə, Çexiyanın ötən il neft idxalında Azərbaycanın xüsusi çəkisi 42 faiz təşkil edib və Azərbaycan Çexiyaya neft tədarükçüləri arasında birinci olub”.

Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, gömrük statistikasında Azərbaycandan Çexiyaya nə ötən il, nə də bu ilin 2 ayının məlumatlarında qaz ixracı qeydə alınmayıb:

“Neft amili olmasa, faktiki Çexiya ilə Azərbaycan arasında ticarət yox səviyysindədir”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
525.az

1Источники