RU

Qızlarımız Kənanın bəzi sərt tərəflərini yumşaltdı

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Türkiyəli aktyor Kənan İmirzalıoğlunun xanımı, aktrisa Sinem Kobal "Empati" proqramında ailəsindən söz açıb.

Axşam.az xəbər verir ki, aktrisa həyat yoldaşı ilə tanışlıqlarını belə xatırlayır:

"İkimiz də aktyor olduğumuz üçün daha əvvəl mükafat mərasimlərində bir neçə dəfə qarşılaşmışdıq. Amma ilk dəfə bir dostumuzun Yeni il əyləncəsində söhbət etdik. Kənanın güclü aurası olduğu üçün vəziyyəti əvvəlcə tam anlaya bilmədim, çünki o dövrdə eşq axtardığım bir mərhələdə deyildim, çox da fərqinə varmadım. Orada Kənanın məni tanımaq istəməsi və bunun üçün göstərdiyi səylər özünü büruzə verdi.

Kənanla "Sənə aşiq oldum" dediyi bir günü xatırlayıram. Həmin tarixdən düz bir il sonra mənə evlilik təklifi etdi. Həyatda "ruh yoldaşım" deyə biləcəyin insanı tapmaq həqiqətən böyük bir şansdır. Sonrasında isə münasibəti davam etdirmək üçün ürəkdən istək olmalıdır, biz ikimiz də bu zəhməti göstərməyə hazırıq".

O, qızları olandan sonra Kənanın dəyişdiyini açıqlayıb:

"Ana olduqdan sonra çox şey qazandım, heç nə itirdiyimi düşünmürəm. İlk dəfə "İkisinə eyni anda necə yetəcəyəm?" düşüncəsi ilə ağlamışdım. Amma analığın bir sehri var və övladlarını heç vaxt ayırd edə bilməzsən. Doğum prosesindən etibarən həyat yoldaşım həmişə yanımda olub, bu baxımdan çox şanslıyam. Qızlar Kənanın bəzi sərt tərəflərini yumşaltdı. O, onsuz da çox mərhəmətli və vicdanlı bir insandır". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
axsam.az

1Источники