RU

“Osiyek”in erməni futbolçusu Bakıya gələcək? (AÇIQLAMA)

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Osiyek” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda avqustun 15-də Bakıda “Zirə”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Xorvatiya təmsilçisinin erməni futbolçusu Styope Mkrtcyan Azərbaycana gəlməyəcək. Bu barədə komandanın baş məşqçisi Federiko Koppitelli yerli mətbuata açıqlamasında deyib:

“Səbəblər siyasidir. Styopa özünü Azərbaycanda rahat hiss etməzdi. Buna görə onu çətin vəziyyətə salmağa əsasımız yoxdur. Onsuz Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışacağıq”.

“Zirə” ilk oyunda səfərdə heç-heçə edib – 1:1.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
futbolpress.az

1Источники