Başqırdıstanın paytaxtı Ufa şəhərinin meri Ratmir Mavliyev saxlanılıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları onu dindirmək üçün İstintaq Komitəsinə aparıblar.
Merlə bərabər administrasiya rəhbərinin müavini və daha iki nəfər saxlanılıb.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта