RU

ADAU tələbələri ədliyyə orqanlarında qulluğa qəbulla bağlı məlumatlandırılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 28 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ədliyyə Nazirliyinin nümayəndələri ilə tələbələrin məlumatlandırıcı görüşü təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün əsas məqsədi gənclərin ədliyyə orqanlarında qulluğa qəbul prosesi, mövcud karyera imkanları və bu sahədə inkişaf perspektivləri barədə məlumatlandırılması olub.

Görüşdə Ədliyyə Nazirliyi İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev, İcra xidmətinin rəis müavini (baş idarə səlahiyyətli) Yaqub Qurbanov, Probasiya xidmətinin şöbə rəisi (baş idarə səlahiyyətli) Səyyad Məcidov və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı tələbələrlə birbaşa ünsiyyət quraraq sualları cavablandırıb və geniş təqdimatla çıxış ediblər.

Çıxışlar zamanı tələbələrə vakant ştat vahidləri, dövlət qulluğuna qəbul qaydaları, eləcə də könüllü və təcrübə proqramları barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qanunvericiliyə edilən dəyişikliklər nəticəsində icra məmuru vəzifəsi üçün əvvəllər mövcud olan ali hüquqşünaslıq ixtisası tələbinin ləğv edildiyi diqqətə çatdırılıb. Bu dəyişiklik nəticəsində artıq müxtəlif ixtisaslar üzrə ali təhsil almış şəxslər, o cümlədən aqrar sahə üzrə məzunlar da ədliyyə orqanlarında icra və probasiya məmuru kimi fəaliyyət göstərə bilirlər.

Görüş zamanı işə qəbul prosesi və gələcək müsabiqələrlə bağlı məlumatlar interaktiv formatda təqdim olunub, tələbələrin sualları cavablandırılıb. Tədbirdə əsasən universitetin yuxarı kurs bakalavr və magistr pilləsində təhsil alan tələbələri iştirak ediblər. İştirakçılara dövlət qulluğu və şəxsi inkişaf imkanları barədə geniş məlumat verilib və bu sahədə karyera perspektivləri izah olunub.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
1
azertag.az

2Источники