RU

Brüssel İsraili Kiyevə görə cəzalandırmaq istəyir

Avropa Birliyi oğurlanmış Ukrayna taxılının qanunsuz ticarətində Rusiyaya kömək edən İsrail fərdlərinə və təşkilatlarına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Ölkə.az  xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər üzrə sözçüsü Anuar El Anouni “Haaretz”ə  deyib. 

“Aİ Ukraynanın bu məsələ ilə bağlı İsrail hakimiyyəti ilə əvvəlki təmaslarına baxmayaraq, oğurlanmış Ukrayna taxılını daşıyan Rusiya kölgə donanması gəmisinin İsrailin Hayfa limanında boşaldılmasına icazə verilməsi ilə bağlı məlumatları nəzərə alıb", - o vurğulayıb.
O Aİ-nin Rusiyanın qanunsuz hərbi əməliyyatlarını maliyyələşdirməyə və Avropa sanksiyalarından yayınmağa kömək edən hərəkətləri pislədiyini vurğulayıb.

Anuni əlavə edib ki, lazım gələrsə, fiziki və hüquqi şəxsləri üçüncü ölkələrdəki siyahılara əlavə etməklə bu cür hərəkətlərin qarşısını almağa hazırıq.

O, Brüsselin də İsrail hakimiyyətindən məsələ ilə bağlı əlavə məlumat istədiyini söyləyib.
Qeyd edək ki,  xarici mediada göyərtəsində  Ukrayna götürüldüyü ehtimal olunan 6000 tondan çox buğda və 19000 tondan çox arpa olan “Panormitis” gəmisininİsrailin Hayfa limanına yan alıb. İsrail mediası 2026-cı ildə oğurlanmış Ukrayna taxılının dörd partiyasının artıq İsrailə boşaldıldığını bildirib. Xüsusilə, oğurlanmış buğda daşıyan ABINSK gəmisi Hayfada boşaldılıb. Bu gəmi Rusiyanın kölgə donanmasına məxsusdur.

Ukrayna artıq işğal olunmuş ərazilərdən oğurlanmış taxıl daşıyan gəminin idarə olunması ilə bağlı İsrailin Kiyevdəki səfirini XİN-ə çağırıb.

Mürtəza

Избранный
28
1
olke.az

2Источники