Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Qalatasaray"ın prezidenti Dursun Özbek 2026/27 mövsümünün "yol xəritəsi"ni müəyyənləşdirib. Demokrat.az xəbər verir ki, 23 mayda keçiriləcək prezident seçkilərinə yeganə namizəd kimi qatılması gözlənilən Özbek seçkidə qalib gəldikdən sonra ilk addım olaraq baş məşqçi Okan Burukla 2 illik yeni müqavilə imzalamağı planlaşdırır.Dursun Özbek 2022-ci ildən bu yana birlikdə çalışdığı Okan Burukla əməkdaşlığı daha 2 il davam etdirmək niyyətindədir.Qeyd edək ki, “Qalatasaray”da prezidentlər 2 illik müddətə seçildiyi üçün tərəflər də əməkdaşlığı eyni müddətə uzatmaq istəyir.Okan Buruk 2022-ci ildən bəri “Qalatasaray”ın baş məşqçisidir və bu müddətdə 3 Süper Liqa çempionluğu, 1 Türkiyə Kuboku və 1 Superkubok qazanıb. Komanda hazırda Super Liqanın lideridir və sona 3 tur qalmış əsas rəqibi "Fənərbağça"nı 7 xal qabaqlayır.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.