Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfər edib.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin "X" hesabında bildirilib.
Məlumata görə, Elçin Əmirbəyov Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Pol Riçard Qallaxer ilə görüşüb.