RU

Regionlarda növbəti ekoloji maarifləndirici görüşlər keçirilib

Əhalidə ekoloji düşüncə tərzinin formalaşmasına dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda görüşlər təşkil edilib:

Gəncə şəhəri M.Hadi adına 10 nömrəli və 15 nömrəli tam orta məktəblər;
Qəbələ rayonu F.Həmidov adına Bunud kənd tam orta məktəbi;
Tərtər rayonu V.Abdullayev adına Təzəkənd tam orta məktəbi;
Bərdə rayonu Q.Quliyev adına Xanərəb kənd tam orta məktəbi.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlər şagirdlərdə ekoloji məsuliyyətin formalaşdırılmasına yönəlib. Onlara iqlim dəyişikliyinin səbəbləri, ətraf mühitə təsirləri və hər bir fərdin bu prosesdə rolu izah olunub.


Tədbirlərdə tullantıların çeşidlənməsi, təkrar emal və plastik istifadəsinin azaldılması kimi vacib mövzular ön plana çəkilib. Şagirdlərə daha dayanıqlı həyat tərzinə keçid üçün gündəlik seçimlərin əhəmiyyəti vurğulanıb.
Избранный
71
ekologiya.az

1Источники