ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illərdə arıların say anlayışı bioloji müzakirələrin əsas mövzularından biri olub. Bəzi mütəxəssislər əvvəlki təcrübələrdə arıların say bacarığı göstərmədiyini, yalnız vizual naxış fərqlərini ayırd edərək uğur qazandığını iddia edirdilər.
Bizimyol.info xəbər verir ki, İtaliyadakı Trento Universitetindən nevroloq Mirko Zanon və Avstraliyadakı Monash Universitetindən zooloq Skarlett Hovard rəhbərliyindəki tədqiqat qrupu bu müzakirəyə son qoyacaq iş aparıb.
Araşdırmaçılar arıların bilgi bacarıqlarını qiymətləndirərkən insan perspektivini bir kənara qoyaraq, dünyanı arıların baxış bucağından analiz etməyə üstünlük veriblər.
Əvvəlki əhəmiyyətli işlərdə arılara saylarla əlaqəli simvollar öyrədilmiş və müəyyən sayda şəkil olan kartlarla test edilmişdilər. Təlim mərhələsində arılar 75–80% nisbətində uğur göstərsələr də, tənqidçilər bu uğurun “saymaq”dan çox, vizual mürəkkəblikdən istifadə etməklə əldə olunduğunu irəli sürürdülər. İnsanlara nisbətən arıların görməsi daha sadə və az detallı olduğu üçün tənqidçilər hesab edirdilər ki, arılar əslində sayları yox, “daha dolu” və ya “daha mürəkkəb” görünən kartları seçmiş ola bilərlər.
Alimlər bu tənqidləri nəzərə alaraq, əvvəlki təcrübələrdə istifadə olunan vizualları arıların görmə qabiliyyətinə əsaslanan riyazi model vasitəsilə yenidən analiz ediblər. Qiymətləndirmələr göstərib ki, daha çox obyekt olan vizuallar arıların gözündə mütləq “daha mürəkkəb” və ya “daha detalı” görünmür. Yəni arılar testi yanıltmaq üçün vizual ipuclarından istifadə edə bilmirdilər.
Bu isə arıların vizual mürəkkəblik əvəzinə birbaşa say miqdarına reaksiya verməsi fikrini gücləndirib. "Proceedings of the Royal Society B" jurnalında dərc olunan nəticələr göstərir ki, heyvanların zəka səviyyəsini qiymətləndirərkən dünyanı yalnız insan perspektivindən deyil, həmin canlının görmə və qavrama qabiliyyəti ilə də qiymətləndirmək vacibdir.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.