RU

Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib

Şuşa. Trend:

Aprelin 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığıilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində “Şuşa –İƏT-in turizm paytaxtı 2026” tədbiri çərçivəsində Qastronomiya günütəşkil olunub.

Trend xəbərverir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan RespublikasıPrezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeydedib ki, bu cür tədbirlər yalnız müxtəlif mətbəxlərin təqdimatı iləməhdudlaşmır, eyni zamanda insanlar arasında əlaqələrin qurulmasınavə inkişafına xidmət edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeydedib ki, Şuşada qastronomiya tədbirlərinin təşkili artıq ənənəvixarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə,həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədətanıdılmasına xidmət edir.

Azərbaycanın zəngin və qədim mətbəx ənənələrinə, eləcə dəqastroturizmin inkişafı üçün geniş potensiala sahib olduğunubildirən Fuad Nağıyev bu turizm növünün inkişaf etdirilməsininDövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biriolduğunu diqqətə çatdırıb.

İƏT-in Baş Katibi Əsəs Məcid Xan İqtisadi ƏməkdaşlıqTəşkilatının 2026-cı il üçün paytaxtı seçilən Şuşada keçirilənqastronomiya gününün üzv ölkələrin zəngin kulinariya irsinin vəmədəni müxtəlifliyinin parlaq nümayişi olduğu bildirib. O, bu cürtəşəbbüslərin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasındaturizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinətöhfə verdiyini qeyd edib.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan,Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İranvə Əfqanıstanın açıq hava şəraitində qurulmuş stendlərində həminölkələrin qastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış,destinasiyaların qastroturizm potensialını əks etdirən əsaskulinariya nümunələri nümayiş etdirilib.

Stendlərdə hər bir ölkənin özünəməxsus qastronomiya nümunələrihazırlanaraq dequstasiya üçün ziyarətçilərə təqdim olunub.

Tədbir müddətində xanəndələrin ifaları, rəqs nömrələri nümayişetdirilib, həmçinin konsert proqramı da təşkil olunub.

Избранный
67
7
az.trend.az

8Источники