RU

Rusiya İranın Hörmüz boğazında hərəkəti məhdudlaşdırmaq hüququnun olduğunu bildirib

Moskva hesab edir ki, hücuma məruz qalan sahilyanı dövlət təhlükəsizlik məqsədilə öz sularında naviqasiyanı məhdudlaşdıra bilər...

Poliqon xəbər verir ki, bunu BMT yanında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya bildirib. Xüsusi nümayənfə qeyd edib ki, İran hərbi şəraitdə Hörmüz boğazı daxil olmaqla öz ərazi sularında hərəkəti məhdudlaşdırmaq hüququna malikdir. Onun sözlərinə görə, hücuma məruz qalan sahilyanı dövlət təhlükəsizlik baxımından belə addımlar ata bilər.

Nebenzya çıxışında Qərb ölkələrini sərt tənqid edib və onları ikili standartlarda ittiham edib. O bildirib ki, bəzi dövlətlər beynəlxalq hüququ pozaraq öz hərəkətlərini birtərəfli məcburedici tədbirlərlə əsaslandırmağa çalışır.

Rusiya diplomatı əlavə edib ki, piratlar açıq şəkildə qara bayraqlar altında fəaliyyət göstərsələr də, Qərb ölkələri öz qanunsuz addımlarını gizlətmək üçün hüquqi arqumentlərdən istifadə edir. Onun fikrincə, bu yanaşma beynəlxalq münasibətlər sistemində etimadı sarsıdır və qlobal təhlükəsizlik mühitini daha da gərginləşdirir.

Moskva hesab edir ki, mövcud şəraitdə beynəlxalq hüququn prinsiplərinə riayət olunmalı və regional təhlükəsizlik məsələlərinə selektiv yanaşmadan imtina edilməlidir. Rusiya tərəfi vurğulayır ki, bu kimi strateji əhəmiyyətli su yollarında istənilən məhdudiyyətlər yalnız təhlükəsizlik zərurəti ilə əsaslandırılmalıdır.

Poliqon.info

Избранный
77
poliqon.info

1Источники