RU

Sahibkarlar qida təhlükəsizliyi və fitosanitar tələblər barədə məlumatlandırılıblar

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 aprel, AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının və ölkədə fitosanitar stabilliyin təmin edilməsi, o cümlədən ixrac potensialının yüksəldilməsi istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tədbirlər davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən gilas bağlarında mövsümlə əlaqədar aparılan fitosanitar tədbirlərlə yerində tanış olmaq, ixrac prosesi zamanı qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılar və ixracatçılarla görüş keçirilib.

Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi, həmçinin ixrac prosesi zamanı tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib.

Pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Habelə ixrac olunan məhsulların qablaşdırılmasının və etiketləndirilməsinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi qeyd edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, gilas istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
azertag.az

1Источники