Aktual.az xəbər verir ki, bunu Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda gözün buynuz qışasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılması zəruridir:
"Ötən il Azərbaycanda ilk dəfə meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik”.