RU

SON DƏQİQƏ: Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib- ÖZƏL-VİDEO

Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.

Tələbələrdən Bizim.Media-ya verilən məlumata görə yanğın universitetin əsas korpusunda qeydə alınıb.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının baş vermə səbəbi hələki məlum deyil. Hazırda tələbələr universitetin binasından təxliyə edilir.

Məsələylə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetiylə əlaqə saxlamağa çalışırıq.


Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
6
6
bizim.media

8Источники