RU

Azərbaycanın dövlət zəmanətli borcunun yeni tərkibi açıqlanıb

Bakı. Trend:

Bu ilin aprelin 1-nə dövlət zəmanətli borcun məbləği (daxilivəxarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrəproqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6milyonABŞ dolları və ya 76,7 faizi xarici dövlət zəmanətlikreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isədaxili dövlət zəmanətli kreditlərin payına düşür.

“Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlətzəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğindəxarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabınaolub”, - məlumatda qeyd edilib.

2026-cı ilin 1 aprel tarixinə dövlət zəmanətli borc portfelininvalyuta tərkibi aşağıdakı kimi olub:

ABŞ dolları – 47,0 faiz, avro –25,5 faiz, manat –19,4 faiz,yapon yeni –2,7 faiz, digər valyutalar –5,4 faiz.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizinisabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkiledir.

Məqalədə:
Избранный
27
9
az.trend.az

10Источники